31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

31 mart 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində 31 Mart –Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov və Fəzail İbrahimli iştirak ediblər. Məktəbimizin direktoru Kəmalə Rəsulova, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Lalə Museyibova, müəllimlər və şagirdlərdə tədbirdə iştirak edirdilər. Tədbirdə soyqırım qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı videoçarx nümayiş etdirilib. 

 Tədbiri açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov 1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən dəhşətli soyqırımı aktının həyata keçirildiyini, ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində on minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini qeyd edib.

 Tarixi yaddaşımızdan silinməyən soyqırım” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin deputatı Fəzail İbrahimli 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqının başına gətirilmiş ən dəhşətli faciələrdən birinin də Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar olduğunu söyləyib. 

 1918-ci il 31 mart soyqırımının ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazıldığını söyləyən Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verildiyini, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü diqqətə çatdırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi