Mart soyqırımı qan yaddaşımızdan silinməyəcək

Məktəbimizdə Mart soyqırımına həsr edilmiş silsilə tədbirlər davam etməkdədir. 30 mart 2018-ci il tarixdə 9 "C" sinfində Mart soyqırımına həsr edilmiş dərs təşkil olunub. Tarix müəlliməsi Hacıyeva Zülfiyyə tərəfindən hazırlanmış təqdimata baxan şagirdlər Mart soyqırımı, hadisənin qurbanları haqqında daha ətraflı məlumat əldə etmiş oldular. Şagirlərin nəzərinə çatdırıldı ki, rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Qeyd edildiki, Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi