Şagirdlərin oxu bacarığının inkişafı

 Oxu bacarığının digər nitq bacarıqları arasında çəkisi daha böyükdür, çünki orta məktəbə qədəm qoyan şagird məlumatların böyük bir qismini oxumaqla alır. O nə dərəcədə sürətlə oxuyursa, nə dərəcədə anlayaraq oxuyursa, intellekti bir o qədər sürətlə inkişaf edir. Ona görə də şagirdin təhsildə uğuru xeyli dərəcədə oxu bacarığının səviyyəsi ilə bağlıdır.

   Şagirdlərin oxu bacarığının inkişafı onların diqqətli, sürətli, davamlı oxu vərdişləri ilə bağlı olur. Məktəbimizdə azərbaycan bölməsinin ibtidai sinif şagirdlərinin oxu bacarığının  inkişafının yoxlanılmasına başlanılıb. Yoxlama zamanı məlum olur ki, şagirdlər göstərilən normalara uyğun oxu texnikasına yiyələniblər. Lakin buna baxmayaraq normativi yerinə yetirməkdə çətinlik çəkən az sayda şagirdlər də var. Bununla əlaqədar olaraq həmin siniflərin müəllimlərinə tapşırıldı ki, bu uşaqlara xüsusi diqqət ayrılsın və növbəti aylarda həmin şagirdlərin oxu bacarığının yenidən yoxlanılması nəzərdə tutulur

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi