"Ölkəmizi Tanıyaq” devizi altında növbəti maarifləndirici tur-aksiyalarına start verildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları keçirilir.26 mart 2018-ci il tarixində “Ölkəmizi tanıyaq” tur aksiyasında məktəbimizi təmsil edən 9 cu sinif şagirdi Lalə Cavadlı da Naxçıvana yola salınıb.
Dörd gün davam edəcək tur-aksiya çərçivəsində şagirdlər Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, Bayraq Meydanı və Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq kompleksi, Möminə Xatın və Açıq Səma Altında Muzey kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey kompleksi, Naxçıvan Dövlət Tarix Muzeyi, “Duzdağ” Fizioterapiya Mərkəzi, Culfa rayonunda “Əlincə qala” Abidə kompleksi, Ordubad rayonunda Ordubad Rayon Tarix Diyarşünaslıq Muzeyi, M.S.Ordubadinin və Y.Məmmədəliyevin Ev muzeyləri, Ordubad Came məscidi, Yeraltı məbəd və Buzxana tarix-memarlıq abidələri, Şahbuz rayonunda Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Batabat Dövlət Qoruğu və Batabat Astrofizika Rəsədxanası, Ağbulaq İstirahət Mərkəzi, Kəngərli rayonunda Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Qarabağlar Memarlıq Kompleksi ilə tanış olacaqlar.
“Ölkəmizi tanıyaq” layihəsi gənc nəslin dünyagörüşünün formalaşmasında, Azərbaycanın tarixi, maddi-mənəvi irsi ilə yaxından tanış olmasında mühüm əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi