8 Mart- Beynəlxalq Qadınlar Günü

7 mart 2018- ci il tarixində məktəbimizin akt zalında 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir təşkil olunmuşdur.  Tədbirdə məktəbimizin qadın əməkdaşları və valideynlər iştirak etdi. Məktəblilər tədbirdə böyük həvəslə iştirak edərək, müxtəlif səhnəciklər, musiqi nömrələri, Beynəlxalq Qadınlar Gününə həsr olunmuş şeirlər səsləndirdilər. Tədbirin sonunda məktəbin ictimai fəaliyyətində  fərqlənən müəllimlər direktor tərəfindən təşəkkürnamə ilə təltif olundu. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi