Şəhidlər xiyabanını ziyarət etmək müqəddəs borcumuzdur

            1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda ağlasığmaz vəhşiliklər törədərək günahsız, əliyalın insanları qətlə yetiriblər. O vaxtdan 28 il keçsə də, şəhidlərimizin xatirəsi bizim üçün daim əzizdir.

          18 yanvar 2018-ci il tarixdə 2 “A” sinfi sinif rəhbəri Sənəmbər Məmmədova ilə birlikdə Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüblər.

          Bakıda törədilən qırğın azərbaycanlıların milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini, azadlıq mübarizəsini qıra bilmədi. Şəhidlərimizin xatirəsi qəlblərdə əbədi yaşayacaq. Müstəqilliyinə qovuşan Azərbaycan xalqı heç vaxt bu dəhşətli faciəni və o gecənin günahsız qurbanlarını unutmayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi