9 Noyabr Dövlət Bayrağı günü ilə əlaqədar tədbir keçirildi.

08.11.2017-ci il tarixdə məktəbimizdə "Bayrağımız qürur mənbəyimizdir" adlı tədbir keçirildi.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı, bayrağımızın tarixi haqqında geniş məlumatlar verildi və bugünün tarixi əhəmiyyəti vurğulandı. Tədbirdə 8ç və 4b sinif şagirdləri öz müəllimləri Fatma Şirinova, Sevinc Məmmədovanın rəhbərliyi ilə bayraq və vətənpərvərlik mövzusunda şeirlər söyləyib,mahnılar ifa edib,ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Məktəbin foyesində bayraq gününə həsr olunmuş divar qəzetləri asıldı, şagirdlər arasında rəsm, inşa yazı müsabiqələri, ibtidai siniflərdə isə şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi