21 Fevral – Beynəlxalq Ana Dili Günüdür.

21 Fevral – Beynəlxalq Ana Dili Günüdür.

Bütün dünya xalqlarının öz ana dilində dərin sevgi ilə qeyd etdiyi bu gündə bir daha təsdiqlənir ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Bundan çıxarılan ən önəmli nəticə isə odur ki, hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Dünyada hamılıqla etiraf edilən həqiqətlərdən biri də odur ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.Bu gün məktəbin akt zalında “21 Fevral – Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş şagirdlərimizin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə “Kələğayı” muzeyinin direktoru və Mirvarid Dilbazi Poeziya Məclisinin yaradıcısı olan Güllü Eldar Tomarlı da iştirak etmiş, tədbir iştirakçılarına milli,mənəvi dəyərlərimiz haqqında məlumat vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi