”Xarıbülbül qoxulu Zəfər bayramı” adlı tədbir.

Qəhrəman Ordumuz Vətən Müharibəsinin 44 günündə misilsiz Qələbə qazandı! Torpaqlarımızın 30 illik işğalına son qoyuldu və Vətənimizin ərazi bütövlüyü bərpa edildi !

Bizə qürur dolu bu tarixi bəxş edən dövlətimizə, yenilməz Azərbaycan Ordusuna Vətən uğrunda canından keçən Şəhidlərimizin ruhuna əbədi borcluyuq.

Müzzəfər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuzun şücaəti ilə qürur duyuruq!

Allah Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı və uzun ömr versin! Bu tarixi gün məktəbimizin akt zalında təntənəli şəkildə qeyd olundu.”Xarıbülbül qoxulu Zəfər bayramı” adlı tədbirdə şəhid anaları, qazilərimiz, NRİH-nin məsul işçisi Mürvət müəllim də iştirak etmişdir. Məktəbin direktoru Həqiqət Gülalıyeva gələn qonaqlara, tədbirdə əməyi olan hər bir kəsə təşəkkür edərək bildirmişdir ki, biz Zəfəri məhz əldə etmişik, ona çatmışıq. Bu gün əsgərimiz bayrağımızı Şuşaya - "Zəfər Zirvəsi"nə sancıb.

Qürurluyuq, əbədi borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi