Məktəbdə “Anım Günü” nə həsr olunmuş tədbir keçirilmişdir.

Bu gün, sentyabrın 27-də Vətən müharibəsinin başlamasından üç il keçir. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.Məktəbin akt zalında şagirdlərimizin iştirakı ilə “Anım Günü” nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə məktəbin direktoru Həqiqət Gülalıyeva çıxış edərək Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, Zəfər yürüşü sayəsində kəndlərin, şəhərlərin bir-birinin ardınca erməni işğalçılarından necə təmizlənməsi haqqında bir daha tədbir iştirakçılarına məlumat vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi