Məktəbimizdə "Son zəng" tədbiri keçirildi.

Məktəbimizdə təşkil olunan “Son zəng” tədbiri Vətən müharibəsi zamanı şəhid olan məzun şagirdlərimizin yad edilməsi ilə başladı. Onbirincilər şəhidlərimizin şəkilləri əks olunmuş guşəyə gül dəstələri qoyaraq onları hörmətlə andılar. Sonra tədbir Dövlət bayrağının gətirilməsi, Dövlət himninin səsləndirilməsi ilə davam etdi. Məktəbin direktoru Həqiqət Gülalıyeva bütün tədbir iştirakçılarını, məzun şagirdlərimizi, onların valideynlərini təbrik etdi.

Sonra məktəblilərin hazırladıqları rəngarəng musiqi nömrələri, müəllimlərin, valideynlərin, məzunların çıxışları bir-birini əvəz etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi