210 nömrəli məktəbin direktoru Həqiqət Gülalıyeva rəhbərlik etdiyi kollektivi ilə birlikdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin Bərdə şəhərindəki ev muzeyində olmuşlar.

Dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni özününkü olduğu üçün sevmək, qoynunda boya- başa çatdığın torpağın müqəddəsliyini hiss edib, yolunda canından keçməyə hazır olmaqdır.Tarixin hansısa səhifəsini vərəqləyib bir xalqın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi olursan.Nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti, məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir.Müstəqillik əldə etdikdən sonra dilimizdə yaşam hüququ qazanan, 20 Yanvar faciəsindən başlayaraq Dağlıq Qarabağ müharibəsinin ağrı-acısını ifadə edən şəhid sözü qəhrəmanlıq simvolu kimi də hər kəsdə qürur hissi oyadır. Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan qəhrəmanlarımızdan biri də oxuduğu təsnifi ilə dillərə dastan olan Xudayar Yusifzadədir.210 nömrəli məktəbin direktoru Həqiqət Gülalıyeva rəhbərlik etdiyi kollektivi ilə birlikdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin Bərdə şəhərindəki ev muzeyində olmuş, Bərdədəki Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət etmişlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi