Şagirdlərimiz Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda olmuşlar.
13.06.2022-ci il tarixində 210 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın üzvləri və məktəbin Coğrafiya müəllimi Hüseynova Səkinə müəllimə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda olmuşlar.Şagirdlərimiz Çoğrafiya İnstitutunun zəngin kitabxanası , yeni çap olunmuş atlaslar və xəritələrlə tanış olmuşlar. Çoğrafiya İnstitutunun direktoru, alim Zakir Eminov şagirdlərimizlə görüşərək onlara Coğrafiya İnstitutu və orada aparılan elmi-tədqiqat işləri haqqında məlumat vermişdir.