Şəhid adları siniflərə verildi.

27.05.2022- ci il tarixində 210 nömrəli tam orta məktəbdə Azərbaycan Cumhuriyyətinin yaranmasının 104-cü ildönümünə həsr olunmuş “Dövlətçiliyimiz əbədidir” adlı tədbir keçirildi.Tədbir şəhidlərin adının verildiyi siniflərə baxışla başladı. Şəhidlər - mayor Urfan Vəlizadənin,baş leytenant Rövşən Nurzadənin,leytenant Rauf Qurbanovun, leytenant Turqut Xəlilbəylinin, gizir Aqşin Quliyevin, gizir Xudayar Yusifzadənin, çavuş Rəşad Zeynallının, əsgər Tural Dadaşovun,əsgər Rafail Mayılovun, əsgər Rəfail İbrahimovun adlarının verildiyi sinif otaqları onların şəkilləri ilə bəzədilmişdi. Şagirdlər öncə şəhidlərin adını daşıyan sinif otaqlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirdilər.Daha bir maraqlı məqam isə siniflərə adları verilmiş şəhidlərin valideynlərinin və ailə üzvlərinin də tədbirdə iştirak etməsi oldu. Hər bir şəhid haqqında məlumat verən uşaqların vətənpərvər ruhlu şeirləri Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş şəhid valideynlərinə kövrək, təsirli anlar yaşatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi