Yeni Azərbaycan Partiyasının Nizami Rayon təşkilatında anım tədbiri keçirilmişdir.

Aprel döyüşlərinin ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyasının Nizami Rayon təşkilatında anım tədbiri keçirilmişdir.Tədbirdə 210 nömrəli məktəbin direktoru Həqiqət Gülalıyeva və şagirdlərimiz də çıxış etmişlər.Həqiqət Gülalıyeva çıxışında Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı Azərbaycan hərbçilərinin göstərdikləri qəhrəmanlıq və igidliklərindən danışmış,məktəbimizin məzunları olan mayor Urfan Vəlizadə və Tural Dadaşovun döyüşlər zamanı göstərdikləri qəhrəmanlıqları tədbir iştirakçıların nəzərinə çatdıraraq aprel döyüşlərinin böyük qələbənin ilk addımları olduğunu qeyd etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi