“Böyük qələbənin ilk addımları”

Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 6 il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etmişlər.Bu gün 210 nömrəli məktəbin akt zalında “Böyük qələbənin ilk addımları” adlı anım tədbiri keçirilmiş,şəhidlərimizin əziz xatirəsi yad edilmişdir.Tədbirə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin nümayəndəsi,məktəbimizin məzunları olan mayor Urfan Vəlizadənin həyat yoldaşı və şəhid Tural Dadaşovun anası da dəvət olunmuşdu.Tədbirdə məktəbin direktoru Həqiqət Gülalıyeva gələn qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirmiş və qeyd etmişdir ki,bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu bir daha sübuta yetirmişdir.Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi