Aprel şəhidlərimizi qürurla anırıq.

Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini qorumaq yolunda da mübarizə aparır, bu yolda da şəhidlər verir. Nə yaxşı ki, belə hadisələrin bir çoxu artıq tarixdir. Belə şərəfli günlərdən biri də Azərbaycan tarixinə Aprel döyüşləri, Aprel müharibəsi adı ilə düşüb. Dörd günlük müharibə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Bu, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüş sayılır. Döyüşlər Azərbaycan əsgərinin qələbəsi ilə nəticələnib. Aprel müharibəsi nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu.Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı 210 nömrəli məktəbin məzunları Urfan Vəlizadə və Tural Dadaşov qəhrəmancasına şəhid olmuşlar.

Mayor Urfan Vəlizadə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı ermənilər tərəfindən vurulmuş və qəhrəmancasına şəhid olmuşdur. Onun nəşi aprelin 10-u neytral ərazidən götürülmüşdür.

Tural Dadaşov 2016-cı ilin aprel hadisələrində, hərbi xidmətini başa vurmasına iki ay qalmış Tərtər rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidimiz aprelin 8-də döyüş meydanında aşkarlanaraq Bakıya gətirilmiş,aprelin 9-da Suraxanı məzarlığında dəfn edilmişdir.

Məktəbimizin direktoru Həqiqət Gülalıyeva müəllimlər, valideynlər və şagirdlərlə birlikdə şəhidlərimizi ziyarət etmişlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi