1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür.

1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi tədbir kimi qeyd edilir. Bu məqsədlə 210 nömrəli tam orta məktəbin GÇH müəllimi Fərhad müəllim şagirdlərimizlə maarifləndirici tədbir keçirdi.Fərhad müəllim Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranması və mülki müdafiənin məqsədindən danışaraq bildirdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olmuşdur. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Əsas məqsəd əhalinin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə qaydaları nəzəri və əməli cəhətdən öyrətməkdir.Tədbirdə şagirdlər fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı əyani vəsait kimi əleyhqazlardan və ilkyardım vasitələrindən istifadə qaydalarını nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi