Xocalı faciəsinin 30-cu ildönümüdür.

Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. Bu gün 24 fevral 2022-ci il tarixində məktəbin akt zalında Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin xatirəsini faciənin otuzuncu ildönümü ərəfəsində dərin hüznlə bir daha yad etdik.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzərəliyeva Sevil şagirdləri ilə birlikdə anım tədbiri keçirmişdir.Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin,Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi