“Narkomaniyaya yox deyək!”

Hazırda dünya birliyi qarşısında duran mürəkkəb və təhlükəli problemlərdən biri narkomaniyadır. Narkomaniya cəmiyyəti təhdid edən bəladır. İlk növbədə gəncliyin fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərən və ən ciddi sosial problemlərdən hesab olunan narkomaniya təəssüflər olsun ki, bizim ölkəmiz üçün də aktual olaraq qalmaqdadır.Bu gün məktəbin akt zalında psixoloq Vüsalə xanımın təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilmişdir.Tədbirə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə şagirdlərimizi maarifləndirmək üçün Nizami rayon 24-cü polis bölməsinin əməkdaşları da dəvət olunmuşdur.Tədbirin sonunda məktəbin direktoru Həqiqət xanım Gülalıyeva qonaqlara,şagirdlərə və tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi