02.11.2021-ci il tarixində 210 nömrəli məktəbin növbəti pedaqoji şuranın iclası keçirilmişdir.

        02.11.2021-ci il tarixdə məktəbin akt zalında fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Vəliyeva Ülviyyə , ibtidai siniflər üzrə təlim - tərbiyə işləri üzrə direktor müavini Qurbanova İlhamə, tərbiyə işləri üzrə direktor müavini Müseyibova Lalə məktəbin psixoloqu Rəhimova Vüsalə, kitabxana müdiri və müəllimlər iştirak etdilər.

        Məktəb Pedaqoji Şura iclasını məktəbin direktoru Vəliyeva Ülviyyə müəllimin  çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. 

        İclasda Bakı Şəhəri Təhsil İdarəsi  tərəfindən göndərilən reytinq cədvəli pedaqoji kollektivə tanıdılmışdır. Həmin reytinq cədvəlində məktəbimizin məzunlarının nəticələri müzakirə olunmuşdur və 2021 \ 2022 - ci tədris ili üçün hədəflər müəyyən olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi