Professor Lütfi Zadənin həyat və yaradıcılığına həsr olunmuş multimedia resurslarının hazırlanması

  11 iyun 2021-ci il tarixində məktəbin informatika müəllimi Könül Həsənova məktəbin şagirdləri ilə birlikdə professor Lütfi Zadənin həyat  və yaradıcılığına həsr olunmuş multimedia resurslarının hazırlanması, onların internet saytlarına daxil edilməsi yolları haqqında, eyni zamanda internetdə professor Lütfi Zadənin həyat  və  yaradıcılığına aid video resursların hazırlanıb video.edu.az portalına yerləşdirilməsi haqqında məlumatlandırıcı və öyrədici dərs təşkil etmişdir.

Lütfi Zadə - Lütfəli Rəhim oğlu Ələsgərzadə 4 fevral n1921-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, azərbaycanlı alim, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olmuşdur.

Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktoru, Avrasiya Akademiyasının qurucu üzvlərinin biri olmuşdur. 

Lütfi Zadə6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerli vaxt ilə səhər saat 7:30-da 96 yaşında dünyasını dəyişmişdir. Dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi