Erkən nikah və onun psixoloji və fizioloji zərərləri

  Erkən nikahlar hər kəs tərəfindən birmənalı şəkildə mənfi qarşılansa belə, nəticələr onu göstərir ki, erkən nikahların baş verməsi problem olaraq qalır. Problemə hüquqi cəhətdən baxsaq, Azərbaycanda nikaha daxilolma yaşı 18-dir. Bu, Ailə Məcəlləsinin 10-cu maddəsi ilə də təsbit edilib. Qanunda göstərilib ki, azyaşlını nikaha daxil olmağa məcbur edənlər birbaşa cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin şəxslər 3 mindən 4 min manatadək cərimələnə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Bu mövzuda isə ən diqqətçəkən məqam erkən yaşda evliliyə məcbur edilən xüsusən qız uşaqlarının psixoloji və fizioloji sağlamlığıdır.

  Erkən nikah və onun yarada biləcəyi problemlərlə bağlı cəmiyyətdə mütəmadi maarifləndirmə işləri aparılır. O cümlədən, məktəbin psixoloqu Vüsalə Rəhimova da 8-ci sinif şagirdləri ilə "Erkən nikah və onun psixoloji və fizioloji zərərləri" haqqında söhbət aparmışdır. Psixoloq hər zaman aktual olan bu mövzu barədə öz mütəxəssis yanaşmasını və mövqeyini şagirdlərlə bölüşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi