Nizami Gəncəvi İli

   Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yanvarın 5-də imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin təbliği və əsaslarının müzakirəsi 880 illik yubileyinə həsr olunmuş onlayn açıq dərslər 210 №li tam orta məktəbdə də təşkil olunur. Belə ki, may ayının 5-i Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Əfəndiyeva 7 "B" sinif şagirdləri ilə onlayn açıq dərs keçdi. Onlayn dərsdə Nizaminin ömür yolu və yaradıcılığı haqqında məlumatlar mübadiləsi aparıldı Qeyd olundu ki, 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən olan Gəncədə anadan olan şair bütün ömrü boyu bu şəhərdə yaşayıb-yaradıb və 1209-cu ildə vəfat edib.XII əsrin ikinci yarısında Azərbaycan intibah ədəbiyyatı Nizaminin yaradıcılığı ilə ən yüksək mərhələsinə qədəm qoyur. Qadına, əməkçi insana münasibət, dərin humanizm bu dahi sənətkarın yaradıcılığında daha genişdir. “Xəmsə” yaratmaq Nizamidən sonra ənənəyə çevrilir və digər sənətkarlar onu ustad olaraq qiymətləndirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi