Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir

Azərbaycan dili müəllimləri Məhəbbət Sadıqova və Aygün Hüseynovanın rəhbərliyi ilə aprelin 28-də görkəmli Azərbaycan şairi Səməd Vurğunun (1906-1956) 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Tədbirdə iştirak edən məktəbin şagirdləri şairin məhəbbət, vətənpərvərlik, təbiət, tarixi və s. mövzularda yazdığı əsərlərinə müraciət etdilər. Tədbirin əvvəlində şagirdlər şairin “Ananın öyüdü” şeirini səhnələşdirilmiş formada nümayiş etdirdilər. Bundan sonra şairin “Məhəbbət ilhama çağırır məni”, “Ana”, “Dünya”, “Zəncinin arzuları”, “Azərbaycan”, “Zamanın bayraqdarı”, “Şair nə tez qocaldın sən”, “Ceyran” və s. şeirlərini şagirdlər səsləndirdilər. Eyni zamanda şagirdlərin ifasında şairin sözlərinə yazılmış mahnılar dinlənildi. 7- ci sinif şagirdləri öz çıxışları ilə tədbirə rəng qatdılar. Tədbirdə S.Vurğunun dramaturgiyasına da müraciət olundu. Belə ki, “Vaqif” dramından Vaqiflə Qacarın dialoqu səhnəsi şagirdlər tərəfindən aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi