Aktual problem - İntihar

   İntihar hallarına dünyanın bütün ölkələrində və müxtəlif yaş qruplarında rast gəlinir. Səbəblərə psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin olması kimi halları aid etmək olar. Tədqiqatlara əsasən intiharın əsas səbəbinin depressiya olduğu deyilir. Amma depressiyadan əlavə ruhi və sağalmaz xəstəliklər, spirtli içki və narkotik vasitələrdən sui-istifadə, bipolyar affektiv pozuntu, təşviş pozuntuları, posttravmatik stress pozuntusu, şizofreniya kimi hallar da  intihara meyillilik yaradır.

   Bütün dünyanı bürüyən, eləcə də ölkəmizdə yayılan COVİD-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi insanlarda bir sıra maddi, sosial problemlərə yol açaraq ardından psixoloji sarsıntıları gətirməkdədir. İnsanların evlərə qapanması, aktiv həyat tərzindən uzaqlaşması, sosial mühitdən kənar qalması, müharibə  və xəstəlik  səbəbindən yaxınlarını itirmək qorxusu, mütəmadi olaraq ətrafdan eşidilən neqativ xəbərlər, gündəlik qeyri-müəyyənlik bir növ depressiv vəziyyət formalaşdırır. Son aylarda intihar hallarının artmasının bir səbəbi də əsasən budur. 

   Bunun qarşısının alınması məqsədi ilə məktəbin psixoloqu Vüsalə Rəhimova tərəfindən 24.03.2021-ci il tarixində IX sinif şagirdlərinin valideynləri ilə "İntiharın profilaktikası" mövzusunda vebinar təşkil olundu. İntiharın profilaktikası, onun qarşısının alınması istiqamətində bir neçə məqamları xüsusi qeyd olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi