Psixoloqla virtual seminarların təşkili

   29.01.2021-ci il tarixində 210 №-li tam orta məktəbin psixoloqu Vüsalə Rəhimova təhlükəsiz təhsil şəraitinin təşkili, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin formalaşdırılması, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarının qarşısının alınması məqsədilə məktəbin VIII sinif şagird və valideynləri ilə fərqli saatlarda virtual seminar təşkil etmişdir. Seminarın əsas mövzusu stresin idarə olunması ilə bağlı olmuşdur.

  Psixoloq şagirdlərə yeniyetməlik dövründə onların psixologiyasında əmələ gələn dəyişiklikləri və stresi dəf etməyin üsulları haqqında geniş məlumat vermiş, valideynləri isə bu dəyişiklikləri diqqətlə izləyərək şagirdlərə yaxından dəstək olmağa səsləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi