"Qocalarla bir gün" layihəsi keçirilir

Məktəbimizdə aprel ayından başlayaraq məktəbimizin psixoloqu Səbinə Kərimovanın və məktəbdə mentorluq xidməti göstərən mentor Şəlalə Məhərrəmovanın təşəbbüsü ilə "Qocalarla bir gün" layihəsi həyata keçirilir. Hər həftənin bazar günü bir neçə şagird və müəllim Bilgəhdə yerləşən qocalar evini ziyarət edir, onlar üçün hazırladıqları səhnəcikləri, rəqs və oyunları təqdim edirlər. Şagirdlər apardıqları ərzaqları yaşlılara verib, onlarla söhbətləşir və onlara müəyyən işlərdə yardım edib qayğı göstərirlər. Layihənin keçirilməsində əsas məqsədimiz şagirdlərdə valideynlərinə qarşı mərhəmətli olmaq, övlad valideyn münasibətlərinin düzgün qurulması istiqamətində tərbiyələndirici iş görməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi