"Mənim bayrağım" adlı şer müsabiqəsindəXətai rayonu orta ümumtəhsil məktəblərininşagirdləri arasında keçirilən "Mənim bayrağım" adlı şer müsabiqəsində 6c sinif şagirdi Məmmədli Mədinə I yer, diplomu ilə təltif olunub.
9 ç sinif şagirdi Abdullayeva Röyanın uğuruMəktəbimizin 9ç sinif şagirdi Abdullayeva Röya İbrahim qızı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və "İslam Həmrəyliyi ili"nə həsr olunmuş "Bir günəşin zərrəsiyik"mövzusunda II Beynəlxalq Şagird Konfrasında iştirak etdiyinə görə sertifikatla təltif olunub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində fərqləndiyinə görə diplomla təltif edilib.
"SABAHIN ALIMLƏRİ" VI RESPUBLİKA MÜSABİQƏSİ2012- ci ildən keçirilən "Sabahın alimləri" müsabiqəsi Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi,onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması,həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş şagirdlərin aşkar edilməsi məqsədini daşıyır.Bizim məktəb isə artıq 2-ci ildir ki,bu müsabiqədə iştirak edir. Məktəbimizi bu müsabiqədə 10c sinif şagirdi Həsənli Fuad Elşad oğlu təmsil etmişdir.Keçən il şagirdimiz biologiya nominasiyası üzrə finala vəsiqə qazanmış və sertifikatla təltif olunmuşdur. Bu il isə məktəbimiz bu mötəbər müsabiqədə "Tibb və sağlamlıq" nominasiyası üzrə finala vəsiqə qazandı. 2017 - ci ilin fevral ayının 15,16 və 17-sində keçirilən "Sabahın alimləri" VI Respublika müsabiqəsində münsiflərin qiymətləndirilməsi nəticəsində Həsənli Fuad öz layihəsi ilə müsabiqənin qalibi olmuş və III yerə layiq görülmüşdür.Qeyd edək ki,şagirdimizin elmi rəhbəri - psixoloq Nigar Quliyeva,mütəxəsis alim- ATU-nun Ailə təbabəti kafedrasının müəllimi həkim endokrinoloq Axundova Xumra olmuşdur. Layihənin adı isə "Tələbələr arasında fərdi yod profilaktikasının diqqət və yaddaşa təsirinin öyrənilməsi" olmuşdur. ATU-nun "Təbib" qəzetində də şagirdimizin bu layihəsi haqqında məlumat nəşrə verilmişdir.