“Şəhidlər ölməz,Vətən bölünməz” adlı tədbir

Məktəbdə 14 noyabr 2017-ci il tarixində vətənpərvərlik tərbiyəsinin təbliğinə həsr edilmiş “Şəhidlər ölməz,Vətən bölünməz” adlı tədbir keçirildi.

      Tədbirdə Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfirinin xanımı, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Respublikası MQB-nin və MQB-nin Suraxanı, Binəqədi, Laçın,Xəzər,Pirallahı rayon nümayəndəliklərinin sədrləri, Azərbaycan Respublikası BDF-nin QMƏVŞA və MQTİB-nin nümayəndələri,Xətai rayon orta məktəb direktorları iştirak etmişdir.

     Milli Qəhrəman Ələkbər Əliyev,Rövşən Əliyev,Elmir Kərimov,Məzahir Rüstəmovun ailə üzvləri də tədbirin fəxri qonaqları idi.

          Tədbiri məktəbin direktoru Ümummilli lider Heydər Əliyevin “Hər birimizin vəzifəsi Vətən sevgisi,torpaq sevgisi,millətə məhəbbət hissi olan vətənpərvərliyi təbliğ etməkdir”kəlamı ilə başlayaraq məktəbdə mövzu ilə əlaqədar görülən işlərdən danışdı.

     Tədbirdə şagirdlər tərəfindən mövzu ilə bağlı Milli Qəhrəmanlar haqqında məlumatlar verildi,kompozisiyalar göstərildi, şeir və mahnı səsləndirildi.

      Tədbirin sonunda Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov, Türkiyəli qonaq Məltəm xanım və digər qonaqlar çıxış etdilər.

     Tədbirdə “Azərbaycan ordusu” qəzetinin,AZTV kanlının müxbirləri də iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi