Şəhid məzunumuz Sənan Kərimovun doğum günü

29.03.2024-cü il tarixdə Milli Qəhrəman Ə.Əliyev adına 204 saylı məktəbdə Vətən müharibəsində şəhid olmuş məzunumuz Sənan Kərimovun doğum günü ilə əlaqədar tədbir keçirildi.Tədbirdə Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.Mərasimdə şəhidimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Tədbirdə məktəbin dərnək üzvlərinin hazırladıqları səhnəciklər nümayiş olundu. Vətənə həsr olunan şeirlər səsləndirdilər.Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi