Son zəng tədbiri

14.06.2025-ci il tarixində Xətai rayonu Ə.Əliyev adına 204 N-li məktəbdə “ Son zəng” tədbiri keçirildi.Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Tağızadə, jurnalist İ.Tahirə,məktəbin adını daşıyan, Şəhidimiz Ə.Əliyevin həyat yoldaşı Reyhan xanım,valideynlər və müəllimlər iştirak edirdilər. Tədbir Azərbaycanın himni ilə başlayıb, məzunların çıxışları ilə davam etdi. Məktəbin direktoru R.Mehdiyev də məzunları təbrik edib onlara yeni qədəm basdıqları həyat yollarında uğurlar arzuladı.