Milli Qəhrəman Ələkbər Əliyevin ad günü

23.12.2024-cü il tarixdə Xətai rayonu Ə.Əliyev adına 204N-li məktəbdə I Vətən müharibəsində şəhid olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Ələkbər Əliyevin ad günü ilə əlaqədar tədbir keçirildi. Çıxış sözü ilə məktəbin direktoru R. Mehdiyev gələn qonaqları salamladı. Tədbirdə şəhidin ailə üzvləri, qohumları,qazilər iştirak edirdi. İlk olaraq şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin dərnək üzvlərinin iştirakı ilə ədəbi bədii kompozisiya nümayiş edildi.Şəhidin döyüş yollarından söhbət açıldı. Şagirdlərin ifasında şeirlər söyləndi, qəhrəmanlığa həsr olunmuş mahnılar səsləndirildi. Tədbirdə məktəbin məzunu tanınmış bəstəkar Ruslan Səfərov, şəhid Ə.Əliyevin xatirəsinə həsr etdiyi yeni mahnısını səsləndirdi.