İbtidai siniflərdə dərs dinləmələrin hesabatı

    05.02 - 05.03.2024-cü il tarix aralığında məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova İbtidai sinif dərslərində iştirak etmişdir.

1A, 1B, 1C, 2A, 2B, 2C, 3A, 3B, 3C, 4A, 4B və 4C siniflərində tədris dili və riyaziyyat dərsləri dinlənildi. Ümumilikdə dinlənilən dərslərin vəziyyəti qənaətbəxş olsada müəyyən nöqsanlar da gözdən qaçmamışdır. Dinlənilən dərslərin müzakirəsi ilə bağlı direktoryanı müşavirə keçirildi. Burada dərslərin müsbət cəhətləri ilə yanaşı qeydə alınan nöqsanlar da diqqətə çatdırıldı.

Direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova müşavirə iştirakçılarına bildirdi ki, ibtidai sinif bütövlükdə ümumi təhsilin bünövrəsi olduğu üçün bu dərslərin dinlənilməsi və müzakirəsi çox mühümdür.

    Belə ki, dərslərdəki qabaqcıl iş təcrübəsinin təbliğ olunması, nöqsanların aradan qaldırılması ümumi işimizin əsas prinsipidir.

#Sağlamhəyat

#TDM

#203məktəb #dərsdinləmə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi