"Reproduktiv Sağlamlıq" mövzusunda seminar keçirildi

    Məktəbin fəaliyyət planına əsasən, məktəbin psixoloqu Fərqanə Əliyeva, UBTR Sevinc Abdullayevanın təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq” lahiyəsinə uyğun olaraq VIII siniflərdə “Zərərli vərdişlər: Siqaret çəkmək” mövzusunda məşğələ keçirildi. Seminarın əvvəlində şagirdlərə aşağıdakı suallarla müraciət edildi:

– Zərərli maddələr dedikdə ağlınıza nə gəlir?

– Zərərli vərdişlər ifadəsi nəyi nəzərdə tutur?

Maraqlıdır, insanlar nə üçün siqaret çəkirlər? Onları buna nə vadar edir?

Şagirdlərin cavablarını lövhədə yazıb, səslənməyən səbəbləri əlavə etdik. Daha sonra lehinə və əlehinə olmaqla qrup işi aparıldı.

Seminarda həm də bir gün əvvəldən içində su olan qaba yığılmış siqaret kötüklərini şagirdlərə nümayiş etdirib və siqaretin sağlamlığa zərəri barədə danışıldı. Bu saralmış məhlula fikir verin. Belə bir vəziyyət siqaret çəkən adamın ağciyərlərində də müşahidə olunur.

Sonda müxtəlif situasiyaları nəzərdən keçirərək, təhlükəsiz davranış modelləri araşdırıldı.

    Şagirdləri maraqlandıran suallar cavablandırıldı.

#ReproduktivSağlamlıq

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi