"Ana dilimizi Qoruyaq" adlı tədbir keçirildi

 

    Fevral ayının 20- də məktəbimizdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Ardınca Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə bu günün Beynəlxalq miqyasda qeyd olunması haqqında məlumat verildi. Ana dilimizin əsrlərin sınağından keçməsi, özünə məxsusluğu ilə bu günümüzlə səsləşməsi qeyd olundu. Ulu öndər Heydər Əliyevin ana dilimizi Dövlət dili səviyyəsində qaldırması xüsusi vurğulandı. Qeyd edildi ki bu sahədəki dəyişikliklər bu gün də ölkə Prezidentit İlham Əliyev tərəfindən uğurla davam etdirirlir. Şagirdlərimizin ifasında Ana dilimizə aid müxtəlif şeirlər səsləndirildi, səhnəciklər göstərildi. Şagirdlər həmçinin öz rəqsləri ilə çıxış edib, "Şirin dil"mahnısını oxudular.

Tədbirin sonunda məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Daha sonra bir daha vurğuladı ki, dilimiz bizim sərvətimiz və qürur mənbəyimizdir. Hər birimiz dilimizi sevməli və qorumalıyıq. Sonda tədbir alqış sədaları altında sonlandırıldı.

    Beləliklə, tədbir maraqlı və xoş təəssüratlarla yadda qaldı.

#AnaDilimiziQoruyaq

#fəalməktəb

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi