Qanlı Yanvara Həsr Olunmuş Tədbir Keçirildi

 

    Məktəbin ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə 20 Yanvara həsr olunmuş tədbir təşkil olundu.

İlk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar faciəsində və 44 günlük Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə şagirdlər tariximizin şərəf və qəhrəmanlıq səhifəsi-Qanlı Yanvar haqqında geniş məlumatlarlar, faktlar səsləndirib.

Müstəqilliyə gedən yolda böyük bir çıraq olan Yanvar şəhidlərini dərin ehtiramla yad edən şagirdlər qanlı gecənin hüznünü ifadə edən, vətənimizin faciəli tarixinin əks olunduğu şeirlər səsləndirdilər.

Sonda məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova çıxış edərək bildirdi ki, 1990-cı ilin 20 Yanvar tarixi Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərib. Bu qanlı terror hadisəsi nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb olub. Xalqımız 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, müstəqilliyimiz uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarını unutmur. Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, Azərbaycan qalib ölkə kimi dünyada əsl söz sahibidir.

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi