"Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibi olduq

    Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunan “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçirilən tədbirdə İdarənin müdir müavini Anar Məmmədov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsi üzrə məsul şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Anar Məmmədov qalibləri təbrik edib və müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə keçirilir. Anar Məmmədov məktəb saytlarını ümumi təhsil müəssisələrinin fəaliyyətinin güzgüsü adlandırıb.

İdarənin müdir müavini ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, xəbərlərin mütəmadi yenilənməsi, məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas götürüldüyünü vurğulayıb.

Müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplomla mükafatlandırılıb.

Diplom Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov tərəfindən məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimovaya və saytı idarə edən məsul şəxs olan məktəbin uşaq birliyi təşkilatının rəhbəri Sevinc Abdullayevaya təqdim olundu.

Mükafatı alan Əzizə xanım çəkilən əziyyəti dəyərləndirdiklərinə və bizi bu ada layiq gördüklərinə görə Anar müəllim, Bəşarət müəllim və Lalə xanıma öz təşəkkürünü bildirdi.

    Sonda xatirə şəkilləri çəkdirildi.

#BŞTİ

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi