TDM İnkişaf Planının icrası prosesinin izlənilməsi məqsədilə məktəbimizdə görüş keçirib

 

    Təlimə Dəstək Mərkəzinin əməkdaşları illik fəaliyyət planına uyğun olaraq, məktəbimizdə Məktəbin İnkişaf Planının icrası çərçivəsində nəzərdə tutulan fəaliyyətlər istiqamətində məktəbə dəstək olmaq məqsədilə idarəetmə heyəti və pedaqoji heyət üzvləri ilə görüş keçirmişlər. Tədrisin idarə olunması bölməsinin əməkdaşları Səkinə Hüseynova və Roza Rüstəmova məqsəd və hədəflərə çatmaq istiqamətində icra edilən fəaliyyətləri izləmək məqsədilə tədris müəssisəsində metodbirləşmə rəhbərləri ilə dərs müşahidələri aparmış, tədris-pedaqoji sənədlərə baxış keçirmişdir. Müəllimlər, metodbirləşmə rəhbərləri və məktəbin direktoru da daxil olmaqla dinlənilən dərslər və inkişafa ehtiyacı olan tərəflər müzakirə edilmişdir.

#TəliməDəstəkMərkəzi #Məktəb #Təhsil #TdmEduAz #203nömrəlitamortaməktəb #öyrənməmühiti #pedaqojiheyət #müəllim #metodbirləşmərəhbəri #illikfəaliyyətplanı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi