“Heydər Əliyevə səsli məktub” mövzusunda TED - x müsabiqəsinə başlanılıb

Müstəqil dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, Azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bu gün bütün dünyada Azərbaycan dövlətinin rəmzi kimi qəbul edilir.

Hər kəs yaxşı bilir ki, böyük Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası, müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir.

Bəs şagirdlər Heydər Əliyevi necə tanıyır, onunla bağlı hansı fikirləri var? Bütün bunlara cavab tapmaq məqsədilə məktəbin psixoloqu Fərqanə Əliyevanın təşkilatçılığı ilə IX sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevə səsli məktub” mövzusunda TED - x müsabiqəsinə başlanılıb.

Müsabiqədə şagirdlər Ulu Öndərə qarşı hiss etdiklərini, düşüncələrini, eyni zamanda 30 ildən sonra qovuşduğumuz Qarabağımızı əks etdirmişdilər.

#QarabağAzərbaycandır!

#UluÖndərHeydərƏliyev

#QalibLiderQalibXalq

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi