10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günüdür

10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günüdür

Oktyabrın 10-u məktəbin psixoloqu Fərqanə Əliyevanın təşkilatçılığı ilə Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirilib.

Çıxış edən Fərqanə Əliyeva qeyd edib ki, sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixika hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat streslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaradır. Psixi sağlamlığa nail olmaq üçün əsas məsələlərdən biri depressiv xəstəliklərin - şizofreniya, narkotik asılılığı, epilepsiya, əqli gerilik və Altsheymer xəstəliklərinin qarşısını almaqdır.

Daha sonra şagirdlərə “Psixi Sağlamlıq”-la bağlı videoçarx nümayiş etdirilib və bildirilib ki,

müasir həyatın tərkib hissəsinə çevrilən streslə mübarizə aparmaqdansa, onu “yaxına buraxmamaq” daha yaxşıdır

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi