27 sentyabr "Şəhidin səsi" adlı tədbir keçirildi

#QarabağAzərbaycan

#karabakhAzerbaijan

#Anımgünü

Azərbaycan Respubilkası Təhsil nazirinin "27 sentyabr Anım Günü ilə bağlı Tədbirlər Planın təsdiq edilməsi barədə" 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında" Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq, məktəbimizdə tədbirlər planı tərtib olundu.

Məktəbin UBTR Abdullayeva Sevinc, Psixoloqu Əliyeva Fərqanə və Hərbi rəhbəri Cəfərov Ələddinin təşkilatçılığı ilə 27 sentyabr “Anım Gününə” həsr olunmuş "Şəhidin səsi" adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən müharibədə şəhid olmuş Vətən oğulları və qızlarının ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova iştirakçılara, tədbirlər planı haqqında geniş məlumat verib, şagirdləri vətənpərvər ruhda böyüməyə çağırdı. Eyni zamanda məktəbimizin adını daşıdığı Milli Qəhrəman Riad Əhmədovun nəşinin 31 ildən sonra ailəsinə verilməsi haqqında məlumat verildi və video çarx nümayiş olundu. Tədbirin sonunda şagirdlər Şəhidlərin xatirəsinə Əsgər marşı və şerlər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi