II Fəxri Xiyabanı ziyarət

25 sentyabrda məktəbin 9A, 9B, 9C sinif şagirdləri, UBTR Abdullayeva Sevinc, Psixoloq Əliyeva Fərqanə, sinif rəhbərləri Sadatova Təranə, Seydiyeva Tamilla və Məmmədzadə Gülmirənin rəhbərliyi ilə II Fəxri Xiyabanı ziyarət etdilər. Vətənimizin ərazi bütövlüyünün bərpası, erməni tapdağında olan torpaqlarımızın qayıdışı uğrunda canlarını fəda etmiş igid Vətən oğullarının uyuduğu bu müqəddəs məkana ziyarəti özlərinə borc bilən şagirdlərimiz, hər bir şəhid məzarı önündə baş əydilər, məzarları gül-çiçəyə qərq etdilər. Şagirdlər və müəllimlər şəhid qəbirləri önündə "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirdilər.

Allah şəhidlərimizə rəhmət eləsin!

#QarabağAzərbaycandır!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi