21 sentyabr-Beynəlxalq Sülh Günü

21 sentyabr-Beynəlxalq Sülh Günü

Sentyabrın 21-də məktəbin İbtidai sinif müəllimi Çiçək Əhmədova “Sülh Günü”-nə həsr olunmuş dərs keçib.

Dərs zamanı müəllimə əvvəlcə şagirdlərə 21 sentyabr “Sülh Günü” haqqında məlumat verib. Bildirib ki, bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır - Sülh!

Bu söz özü-özlüyündə böyük bir məna kəsb edir. Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir.

Daha sonra, şagirdlər müxtəlif şeirlər, kompozisiyalar nümayiş etdirib, sülhün rəmzi olan göyərçin şəkli çəkiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi