Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur

#SalamMəktəb

Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur

15 sentyabr tarixində ilk dərslər Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrədilməsi məqsədi ilə "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur"mövzusuna həsr edilib.

Dərsin keçirilməsində məqsəd vətənpərvərlik, dövlətçilik tərbiyəsi, eyni zamanda müasir azərbaycançılıq ideologiyasının genişləndirilməsi olub.

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub Ulu Öndər Heydər Əliyev elmi, biliyi yüksək qiymətləndirmiş, xalqımızın savadlanması üçün əlindən gələni əsirgəməmişdir.

Dərsləri tədris edən müəllimlər şagirdlərə Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olması, Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyması, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olması haqqında danışıb.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.

Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi