Sinif rəhbərləri ilə görüş

#SalamMəktəb

Sinif rəhbərləri ilə görüş.

13.09.2023- cü il tarixində I- IV, V-IX-ci sinif rəhbərləri ilə görüş keçirildi. Görüşü direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova açdı. Yeni tədris ili münasibətilə kollektivi ürəkdən təbrik edib uğurlar arzuladı, bəzi siniflərə təyin olunmuş rəhbərləri təqdim edib, işlərində müvəffəqiyyətlər arzuladı. Siniflərə yeni gəlmiş şagirdlər haqqında məlumat verdi. Sinif rəhbərlərinə tövsyə etdi ki, hər kəs şagirdlərin oturacağı siniflərin səliqə- səhmanına diqqət yetirsin. Belə ki, sentyabr ayının 15- də şagirdlərimizi təmiz, səliqəli sinif otaqlarında qarşılamalı olduğumuzu diqqətə çatdırdı.

Sonda bir neçə sinif rəhbəri çıxış edərək fikrini bildirib, rəhbərliyə öz təşəkkürünü çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi