Son zəng - Heydər Əliyev ili

14 iyun 2023-cü il tarixdə məktəbdə “Son zəng - Heydər Əliyev ili” adlı tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi, valideynlər və qonaq qismində Səbail rayon İcra Hakimiyyətinin məsləhətçisi Əziz Hüseynov iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Daha sonra canından qanından keçən şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi və tədbir açıq elan olundu. Məktəbin direktor səlahiyyətlərini icra edən Əzizə Kərimova öz çıxışında “Heydər Əliyev ili” məzunlarını təbrik edərək,onlara gələcək həyatlarında uğurlar arzu etdi. Həmçinin qonağımız Səbail rayon İcra Hakimiyyətinin məsləhətçisi Əziz Hüseynov gələcəyimiz olan məzunlarımızı təbrik etdi.

Tədbirdə şagirdlərin ifasında müxtəlif rəqslər,musiqi nömrələri təqdim olundu.

Tədbirin sonunda ilboyu təhsildə və ictimai-siyasi tədbirlərdə fərqlənən müəllimlər Azad Həmkarlar İttifaqı tərəfindən Fəxri fərmanla mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi