Sağ və sol beyin yarımkürələrini inkişafı

Gündəlik həyatımızda – internetdə, bəzi kitablarda, televizorda və bir çox yerdə sağ və sol beyin yarımkürələrin fərqləri barədə bir çox informasiya görürük. Sol yarımkürə zədələndikdə, bədənin sağ tərəfi iflic olur, sağ tərəf zədələnmişsə, əksinə, bədənin sol tərəfi iflic olur. Kaliforniya Universitetinin professoru Robert Ornsteynin apardığı tədqiqatlar müxtəlif yarımkürələrin idarə etdiyi fəaliyyət növlərinin nə dərəcədə fərqli olmalarını bir daha işıqlandırdı.

İki beyin hissələrinin eyni olması və iki hissəyə bölünmüş bir beyindən çox, tam ahənglə işləyən iki identik beyin kimi qəbul olunması fərziyyəsindən çıxış edərək, professor Ornsteyn onun hər iki yarısının ayrılıqda hansı intellektual və fiziki fəaliyyət növlərini idarə etməsini müəyyənləşdirməyi qərara almışdır.

O, öz tələbələrinin bəzilərinin üzərinə beyin dalğalarını ölçmək üçün xüsusi ötürücü cihaz yerləşdirərək, müxtəlif əqli məsələləri həll etməyi onlardan xahiş etmişdir. Belə ki, tapşırıqlar rəqəm sırasını bütövləmək, standart məktub və ya inşa yazmaq, rəngli kubikləri düzmək, hər hansı məlumatın məntiqi təhlilini vermək, xəyal etmək kimi məsələlərdən ibarət idi. Bu hərəkətlərin yerinə yetirildiyi bütün zaman ərzində professor hər şagirdin beynindən yayılan dalğaların parametrlərini ölçürdü. Onun kəşfi qəribə və əlamətdar idi.

Şagirdlərin sağ və sol beyin yarımkürələrini inkişaf etdirmək məqsədilə məktəbin psixoloqu Əliyeva Fərqanə bu dəfə 2 A sinfində tapşırıqlar apardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi