Müəllimsiz bəşəriyyətin sonu yoxdur

04 oktyabr 2019 cu-il tarixinde məktəbdə Müəllim günü ilə əlaqədar “Müəllimsiz bəşəriyyətin sonu yoxdur” adlı tədbir kecirildi. Tədbirdə müəllimlər, məktəb rəhbərliyi və iştirakçı qismində 17 nəfər şagird istirak etdi.

Müəllimlərə aid video material təqdim olunduqdan sonra uşaq xoru üzvlərinin müəllimlərə həsr etdikləri mahnı səsləndi. Aparıcıların (Ədəbiyyatsevərlər dərnəyinin üzvlərinin) Sadıqova Ayşe, Süleymanlı Səmra ve Musayeva Səbinənin geniş məlumatından sonra 9”B” sinif sagirdi Suleymanova Ofelyanın ifasında “Sari gəlin” rəqsi ifa olundu.  

Aparıcıların cıxışları davam etdi.10”C” sinif sagirdi İmaməlizadə Nahid hazırladığı təbriki xüsusi fərqliliklə müəllimlərə təqdim etdi. Tədbirdə 8c sinif sagirdi Məmmədli Nuhidin çıxışı da müəllimlərin ürəyincə oldu.

Sagirdlərin hazırladıqları kompozisiya sona çatdıqda, məktəbin tərbiyə işləri üzrə direktor müavini Elnurə Fərhad qızı Ramazanova müəllimlərə bildirdi ki, Sizləri həmişə birinci mən təbrik edirdim. Ancaq bu gün istədim şagirdlər sizlərə ürək sözlərini desinlər. Mənə elə gəlir ki, onlar bu işin öhdəsindən layiqincə gəldilər.

 Mən də sizləri peşə bayramınız  münasibəti ilə təbrik edir, sizlərə bu şərəflimüqəddəs işlərinizdə uğurlar arzulayıram. Sizləri təbrik etmək üçün məktəbin direktor əvəzi Nəriman Vəliyeva verirəm.

N. Vəliyev də bütün kollektiv üzvlərini o cümlədən də respublikanın bütün müəllimlərini peşə bayramı münasibəti ilə təbrik etdi.

Sonda məktəbin təşkilatçısı E.F.Ramazanova məktəbin Uşaq xoru dərnəyinin rəhbəri Samirə Verdiyevaya və Gənc Ədəbiyyatçılar dərnəyinin rəhbəriAfət xəlilovaya xüsusi təşəkkürünü bildirdi. Şagirdlərə də tədbirdə yaxşı iştirak etdiklərinə görə çox sağ ol deyən məktəbin Tərbiyə işləri üzrə  direktor müavini E. F. Ramazanova başqa tədbirləri bundan da yaxşı təşkil edəcəklərini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi