Təmizlik aylığı

Məktəbdə silsilə təmizlik həftələri keçirilmişdir. Məktəbin V-VIII siniflərinin şagirdləri növbə ilə hər həftə həyətyanı sahədə bir çox işlər görmüşlər. Belə ki, həyət təmizlənmiş, ağaclar əhənglənmişdir.

Bununla yanaşı, ağacəkmə, gül kollarının əkilməsi də həyata keçirilmişdir.

Təmizlik həftələri tədris ilinin sonuna qədər davam etdiriləcək. Təmizlik həftəsində məktəbin direktor əvəzi N. N. Vəliyev, ibtidai siniflər üzrə direktor müavini R.X. Məmmədova, tərbiyə işləri üzrə direktor müavini, E. F. Ramazanova, UBT rəhbəri A. Ş. Qasımzadə, təsərrüfat işləri üzrə direktor S. H. Fətəliyeva və  müəllimlər də fəal iştirak etmişlər. Müəllimlərdən Məmmədov Saleh Cəlal oğlu xüsusi fəallıq göstərmişdir.

Məmmədov Saleh  şagirdlərə ağacları necə rəngləmək lazım olduğunu öyrətmiş, sonra isə bu prosesi şagirdlər özləri həyata keçirmişlər.

Təmizlik həftələrində xüsusi fərqlənən siniflər:

5”C”sinfi Tapdıqova S.Ə.

5”Ç”sinfi Musayeva Y.A.

6”C”sinfi Xudaverdiyeva Ş.M.

6”Ç”sinfi Rzayeva T.Ə.

6”D”sinfi Nəcəfova E.M.

7”B”sinfi Verdiyeva Ş.Q.

8”A”sinfi Qocayeva Y.F.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi